Bakıda şantajla məşğul olan şəxs tutulub.
7news.Az Lent.az-a istinadən xəbər verir ki, Yasamal rayon Polis İdarəsinə müraciət edən 42 yaşlı qadın sosial şəbəkədə tanış olduğu Elman adlı şəxsin onu şantaj edərək pul aldığını bildirib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qadından 500 manat almış Elman Bəşirov tutulub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
7news.Az








