RU
Bakıda qanunsuz piştaxtası sökülən kişi intihara cəhd etdi - AÇIQLAMA
17:18
240

Bakıda qanunsuz piştaxtası sökülən kişi intihara cəhd etdi - AÇIQLAMA

Sosial şəbəkələrdə Binəqədi rayonu Biləcəri qəsəbəsində Qarabağ əlilinin özünü yandırması ilə bağlı iddialar yayılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəsəbə ərazisində piyadaların hərəkət hissəsində yolu zəbt edərək, qanunsuz quraşdırılan küçə ticarəti piştaxtası yığışdırılan zaman Məhəmmədəli Hacıyev özünü yandırmağa cəhd edib:

 

"Bu cəhdin qarşısı alınaraq, o, dərhal yüngül yanıq xəsarətilə müvafiq xəstəxanaya çatdırılıb”.

"Bu, onun birinci əməli deyil, dəfələrlə əlillik adından sui-istifadə edərək, belə hərəkətlərə cəhdlər göstərib”, - deyə DİN-dən qeyd edilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ