RU
Bakıda qardaş bacısını parkda öldürdü - “Pub”da işlədiyinə görə - YENİLƏNİB
12:21
598

Bakıda qardaş bacısını parkda öldürdü - “Pub”da işlədiyinə görə - YENİLƏNİB

7News.Az "Qafqazinfo"ya istinadən bildirir ki, ilkin məlumata görə, P.Turabova son günlər gecələr evdən qaçıb gec saatlarda gəlirmiş. Qardaşı Qalib dünən onu izləyib və bacısının həmin yerdə əxlaqsızlıqla məşğul olduğunu görüb. Həmin anda bacısı ilə mübahisə edərək onu öldürüb.

P.Turabova bir müddət əvvəl boşanıb və 1 uşağı var. O, evdən qaçdığı vaxtlar "Arena Pub" adlı kluba gedirmiş. 

----------

11:04

Bakıda qardaş bacısını bıçaqlayaraq öldürüb.

7News.Az trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Səbail rayonunda baş verib.

Səbail rayonu, Xəqani küçəsi 1 saylı ünvanda 1998-ci il təvəllüdlü Turabova Pərvanə Nağı qızı bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Füzuli rayonu, Qacar kəndində qeydiyyatda olan və hazırda Bakının Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Turabov Qalib Nağı oğlu doğma bacısı Turabova Pərvanə Nağı qızını qəsdən bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ