Fakt üzrə cinayət işi açılıb.
Fevralın 13-də Bakıda bıçaqlanma hadisəsi baş verib.
7news.Az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.
Axşam saat 19:00 radələrində Qurbanov Sabir Rüstəmoviç bacısı Elina Rüstəmoviçi şəxsi münaqişə zəminində bıçaqlayıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib.
Sabir Qurbanov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə cinayət işi açılıb.
7news.az








