Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə qardaşını qətlə yetirməkdə təqsirləndirilən Faiq Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
7News.Az Trend-ə istinadən bildirir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə F.Xəlilov 12 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Rayonun İlyas Aslanov küçəsində 32 yaşlı Məlik Ağarəhim oğlu Xəlilov ilə 22 yaşlı qardaşı F.Xəlilov arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Mübahisə zamanı F.Xəlilov qardaşını qətlə yetirib.
Hadisəni törədən F.Xəlilov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
7News.Az








