RU
Bakıda qatar adam vurdu - Sərnişinlər yolda qaldı
09:36
497

Bakıda qatar adam vurdu - Sərnişinlər yolda qaldı

Sumqayıtdan Bakıya gələn sürət qatarının hərəkətində problem yaranıb. 08:00-da yola düşən qatar bir neçə dəqiqə yolda gözləməli olub. Buna səbəb kimi Tbilisi-Bakı qatarının adam vurduğu bildirilib.


"Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov açıqlamasında bu faktı təsdiqləyib. 

Qurum rəsmisi bildirib ki, bu gün səhər saatlarında Tbilisidən Bakıya gələn qatar paytaxt ərazisində cavan oğlanı vurub: "Həmin oğlan qulaqcıq taxdığı üçün qatarın gəldiyi eşitməyib. Nəticədə belə hadisə baş verib. Həmin şəxs hadisə yerində keçinib. Onun şəxsiyyəti hələki müəyyən edilməyib. Bu səbəbdən Sumqayıt-Bakı qatarının hərəkətində gecikmə yaranıb. Hazırda aidiyyatı qurumuların əməkdaşları hadisə yerində işləyir, qatarların hərəkəti bərpa edilib”./azvision.az

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ