Bakıda baş verən ağır qəzada yaralananların sayı artıb.
Səhiyyə Nazirliyindən 7News.Az-a bildirilib ki, hadisə nəticəsində 20 nəfər xəsarət alıb.
Onlardan onu kişi, yeddisi qadın, üçü isə uşaqdır. Hadisə nəticəsində dünyasını dəyişən azyaşlı oğlandır.
15:13
Bakının Binə qəsəbəsində 160 nömrəli marşrut avtobusu yük qatarı ilə toqquşub.
Səhiyyə Nazirliyindən 7News.Az-a verilən məlumata görə, hadisə yerinə 10 təcili tibbi yardım briqadası cəlb edilib.
Səkkiz yaralı Sabunçuda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına aparılır.
Yaralılardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
14:56
Bakının Binə qəsəbəsində 160 nömrəli marşrut avtobusu yük qatarı ilə toqquşub.
Hadisə şahidlərinin 7News.Az-a verdiyi məlumata görə, qəza nəticəsində qatarın teplovozu yoldan çıxıb, avtobus sərnişinləri arasında yaralananlar var.
Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova 7News.Az-a açıqlamasında bildirib ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində baş verib:
"14.35 radələrində 160 saylı marşrut avtobusu həmin ərazidəki qorunan dəmiryolu keçidində yük qatarı ilə toqquşub. İlkin məlumata görə, xəsarət alanlar var. Hadisə ilə bağlı araşdırma aparılır”.
Xəbər yenilənəcək.








