Bu gün səhər saatlarında Bakı-Sumqayıt sürət qatarının hərəkətində yarım saatlıq ləngimə baş verib.
7News.az xəbər verir ki, bu barədə sərnişinlər sosial şəbəkədə məlumat paylaşıb. Sərnişinlərin sözlərinə görə hadisəyə səbəb elektrikin kəsilməsi olub və soyuq qatarda uzun müddət gözləmək məcburiyyətində qalıblar.
Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, Sumqayıtdan Bakıya gələn sürət qatarının təmas xəttində problem yaşanıb: "Hadisə saat 7:10 radələrində baş verib. Yarım saatdan sonra qatarın hərəkəti bərpa olunub. Artıq Bakıya gələn qatar bərpa olunub. Qatarlar qrafik üzrə hərəkətlərini davam etdirirlər”./qafqazinfo
7news.Az








