RU
SON DƏQİQƏ - Bakıda qatardan qaçan məhbuslar tapıldı - Xırdalanda atışma gedir- - YENİLƏNİB
00:05
1628

SON DƏQİQƏ - Bakıda qatardan qaçan məhbuslar tapıldı - Xırdalanda atışma gedir- - YENİLƏNİB

Abşeron rayonunun Xırdalan şəhərində atışma baş verib.

7news.Az  Report-a istinadən xəbər verir ki, Quşçuluq massivində iki nəfər şübhəli şəxs saxlanılan zaman hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib.

Cavab atəşi zamanı hər iki şəxs zərərsizləşdirilib. Onların üzərinə baxış zamanı silah-sursat aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Yerli KİV iddia edir ki, zərərsizləşdirilən şəxslər oktyabrın 23-də qatardan qaçan məhbuslar - Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağamidir.

 7news.Az

----

23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçdıqlarını məlumat vermişdik.

 

7news.Az xəbər verir ki, Yenicag.az-ın əldə etdiyi məlumatına görə, həmin şəxslərin hüquq-mühafizə orqanları tərəfindən yeri  müəyyənləşdirilib.

Hazırda Xırdalan ərazisində cinayətkarlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma gedir. Ölən və yaralıların olduğu bildirilir…

Xəbər yenilənir….

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ