DİN məlumat yaydı.
Rusiyada axtarışda olan şəxs Bakıda saxlanılıb.
7news.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 (qəsdən adam öldürmə), 162, 209, 162, 163 və 222-ci (prosesual hərəkətlərin aparılması) maddələri ilə axtarışda olan Murad Məmmədov tutulub.
Faktla bağlı araşdırma aparılır.
7news.az








