Bakıda gənc oğlan qaynanasının evindən qayıdarkən vurulub.
Ötən gecə saat 01 radələrində 18 yaşlı Firuz Rzayev naməlum şəxslərin hücumuna məruz qalıb.
Onu "Bakcell Arena" stadionunun qarşısında bıçaqlayıblar. Döş qəfəsindən yaralanan F.Rzayev xəstəxanaya yerləşdirilib.
O, ilkin ifadəsində qaynanasıgildən qayıdarkən yıxıldığını desə də, onun dedikləri polisdə şübhə yaradıb. Hazırda Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsi tərəfindən araşdırma aparılır./milli
7news.az








