RU
Bakıda “QAZel” azyaşlı uşağı vurub öldürdü
12:56
750

Bakıda “QAZel” azyaşlı uşağı vurub öldürdü

Bakıda "QAZel” markalı avtomobil beş yaşlı uşağı vuraraq öldürüb.

DİN-in mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, mayın 6-da, saat 15:00 radələrində Suraxanı rayonunun Binə qəsəbəsində qəsəbə sakini Mehrab Səfərov idarə etdiyi "QAZel” markalı nəqliyyat vasitəsilə beş yaşlı İbrahim Köçəriyevi vurub. 

Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ