RU
Bakıda qəbiristanlıq oğrularına qarşı maraqlı mübarizə üsulu (FOTO)
12:20
136

Bakıda qəbiristanlıq oğrularına qarşı maraqlı mübarizə üsulu (FOTO)

Bakıda Kürdəxanı məzarlığında qoyulan lövhə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

İddiaya görə, Kürdəxanı qəbiristanlığında məzar üzərində qoyulmuş güllər, betonla bərkitilmiş daş gül qabları, hətta sinə daşları belə oğurlanır. 

Oğurluğun qarşısını almaq üçün sakinlər qəbiristanlığa təhqir yazılan lövhə qoyublar. 

Orxan Xankişiyev adlı sosial şəbəkə istifadəçisi bildirib ki, sözügedən yazı ilə bağlı qəbiristanlıq mollasından cavab da alıb: "Molla dedi ki, oğrular daşları apardığı üçün bu lövhə qoyulub".


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ