Bakıda qətl törətməkdə təqsirləndirilən 1997-ci il təvəllüdlü Ümid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə görə, Ü.Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il avqustun 14-də Nəsimi rayonu ərazisində - Moskva prospektindən üzərində zorakılıq əlamətləri (kəsici-deşici alətlə yetirilmə xarakterli) olan 20-25 yaşlı kişi meyiti tapılıb. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən qətlə yetirilənin Bakı şəhər sakini Vidadi Məmmədov olması müəyyən edilib. Araşdırmalar zamanı həmin gün V.Məmmədovla paytaxt sakini, 1997-ci il təvəllüdlü Ü.Məmmədov arasında münaqişə baş verməsi və onların bir-birinə bıçaqla xəsarət yetirmələri müəyyən edilib. Ü.Məmmədov Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ü.Məmmədov xəstəxanada vəfat edib.
7news.Az








