RU
Bakıda qəza baş verib: Ölən var
10:14
463

Bakıda qəza baş verib: Ölən var

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda "Mercedes” markalı avtomobil beton maneəyə çırpılıb.

FHN-dən 7news.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1972-ci il təvəllüdlü Bağırov Əsəd Ədalət oğlunun sıxılmış vəziyyətdə qalmış meyitini nəqliyyat vasitəsindən çıxarıblar. 

Meyit aidiyyəti üzrə təhvil verilib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ