RU
Bakıda qəza törədən “Passat”ın dövlət nömrə nişanı çıxarıldı
13:40
471

Bakıda qəza törədən “Passat”ın dövlət nömrə nişanı çıxarıldı

Avtomobil “Hyundai” və “KamAZ” markalı maşınlara çırpılıb.

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

7News.Az-ın Report-a istinadən məlumatına görə, hadisə paytaxtın Nobel prospektində qeydə alınıb.

Belə ki, “Passat” markalı avtomobil əvvəlcə “Hyundai” markalı avtomobillə toqquşub, daha sonra “KamAZ” markalı yük avtomobilinin arxa tərəfinə çırpılıb.

Hadisə nəticəsində “Passat”ın sürücüsü baş nahiyəsindən xəsarət alıb. Sürücü xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra “Passat”ın dövlət nömrə nişanı çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ