RU
Bakıda qəzada 57 yaşlı qadının beli sınıb
13:20
84

Bakıda qəzada 57 yaşlı qadının beli sınıb

Bakının Sabunçu rayonunda 57 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

Hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1966-cı il təvəllüdlü Nəsibə Əliağa qızı Nəcəfova xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ