RU
Bakıda qəzada Türkiyə vətəndaşı öldü
16:05
1426

Bakıda qəzada Türkiyə vətəndaşı öldü

Bakıda Türkiyə vətəndaşı yol-nəqliyyat hadisəsinin qurbanı olub.

7news.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 25-də saat 21 radələrində Binəqədi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Tural İsgəndərov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Türkiyə vətəndaşı Əziz Özgür Acımışı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ