RU
Bakıda qəzaya uğrayan
22:53
814

Bakıda qəzaya uğrayan "Nissan" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb

Bakının Nizami rayonunda qəza baş verib.

APA-nın məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb. Qəza zamanı "Nissan" və "BMW" markalı iki avtomobil toqquşub. Zərbənin təsirindən "Nissan" yoldan çıxaraq dərəyə aşıb. Avtomobil yaxınlıqdakı evin hasarına çırpıldıqdan sonra dura bilib. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, qəzadan sonra yolda tıxac yaranıb.

Hər iki avtomobil cərimə meydançasına aparılıb.

Faktla bağlı Dövlət Yol Polisinin Nizami rayon Şöbəsində araşdırma aparılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ