RU
Bakıda qəzetin redaksiyası yanır
18:14
1533

Bakıda qəzetin redaksiyası yanır

“Unikal” qəzetinin və Unikal.org saytının redaksiyası yanır.

7news.Az Unikal.org-a istinadən xəbər verir ki, Binəqədi rayonu 8-ci mk-r, Əcəmi Naxçıvani 5 n ünvanında yerləşən redaksiyanın yaxınlığındakı obyektdə başlayan yanğın qəzetin və saytın ofisinə keçib.

Hazırda əraziyə Binəqədi rayon yanğısöndürənləri cəlb olunub.

Unikal.org-un əməkdaşı redaksiyadan təxliyə olunub. Hazırda digər əməkdaşlar saytı kənardan idarə edir. 

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Qeyd edək ki, qəzetin və saytın redaksiyası 2 gün öncə təmirdən sonra istifadəyə verilib.

7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ