RU
Bakıda QHT sədrinə 12 il həbs - Amnistiyaya düşmüşdü
13:33
351

Bakıda QHT sədrinə 12 il həbs - Amnistiyaya düşmüşdü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizlik Xidmətində saxlanılan "Yeni Sabah" Qeyri Hökümət Təşkilatın sədri İlqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə İ.Əliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ.Əliyev Cinayət Məcəlləsin 179.3.2( mənimsəmə), 192.1(qanunsuz sahibkarlıq), 228.4( qanunsuz silah), 308.2(vəzifə səlahiyyətləri aşma), 310(vəzifəli şəxsin səlahiyyətləri mənimsəmə) maddələri ilə təqsirləndirilir.

İ.Əliyev 1996-cı ildə Nizami rayon Məhkəməsin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. İlqar Əliyev 2001-ci ildə amnistiyaya düşərək azadlığa çıxıb./qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ