RU
Bakıda qısqanc ər arvadını boğaraq öldürüb
13:38
398

Bakıda qısqanc ər arvadını boğaraq öldürüb

Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində qətl hadisəsi törədilib.

7News.Az-ın Report-a istinadən xəbərinə görə, hadisə ötən gecə İntiqam Nəbiyev küçəsi ev 2A ünvanında qeydə alınıb. 

Həmin ünvanda yaşayan, Yardımlı rayon sakini, 1961-ci il təvəllüdlü Müsəddiq Qüdrət oğlu Əliyevqısqanclıq zəminində arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb.

Hadisəni törədən M.Əliyev tutulub.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ