RU
Bakıda qısqanclıq zəminində qətl törədilib
11:53
1786

Bakıda qısqanclıq zəminində qətl törədilib

Bakıda qətl törədilib.

Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə 4-cü mikrorayon ərazisində yerləşən evlərdən birində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1974-cü il təvəllüdlü Əvəz Qasımov qısqanclıq zəminində Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Rəhim Süleymanovu bıçaqlayaraq qətlə yetirib.

İlkin məlumata görə, hadisə baş verən evdə Ə. Qasımovun qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın kirayədə yaşayır. Ə. Qasımov evə gələrkən onu R. Süleymanovla bir yerdə görüb. Nəticədə Ə. Qasımov R. Süleymanovu öldürüb./apa

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ