RU
Bakıda qızı aldadıb 19 min dollar alan şəxslər tutuldular
16:21
630

Bakıda qızı aldadıb 19 min dollar alan şəxslər tutuldular

Dəstə üzvlərindən biri oteldə girov saxlanılıb.

Bakıda dələduzluq etmiş dəstə üzvləri tutulublar.

DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, martın 24-də Bakı şəhər sakini Rüzigar Əliyev Nərimanov RPİ 16-cı PB-yə ərizə ilə müraciət edərək martın 12-də qızı Gülərin ona xəbər vermədən evdə olan 3500 manat və 19000 ABŞ dolları, habelə bir cüt qızıl sırğanı tanışı, Bakı şəhər sakini Səbuhi Əliyevə verməsini bildirib.

Aparılmış araşdırmalarla Bakı şəhər sakini Səbuhi Əliyevin həmyerliləri Samir İsayev, Nicat İsmayılov, Emin və Turqut adlı şəxslərlə birgə Güləri aldadıb qeyd edilən pulu və qızıl əşyanı alması müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Həmçinin, N.İsmayılovun əldə olunmuş puldan 9600 ABŞ dollarını gizlətdiyi üçün cari il mart ayının 18-də qrupun digər üzvləri tərəfindən oğurlanıb əl-qolu bağlanılaraq Binəqədi rayonu ərazisindəki otellərdən birində saxlanılması, lakin onun bir gün sonra oradan qaçması da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə S.Əliyev, S.İsayev və N.İsmayılov tutulublar./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ