Hadisə ötən gecə baş verib.
Paytaxtda iki qız özlərini “Qaqarin körpüsü”ndən atacaqları ilə hədələyib.
Bu barədə hadisə şahidləri məlumat veriblər.
Şahidlərin sözlərinə görə, qızlarla aparılan danışıqlardan sonra onları intihar fikrindən daşındırmaq mümkün olub.
Bildirilir ki, hadisə yerinə xeyli sayda polis və FHN əməkdaşları cəlb olunub.
Hüquq-mühafizə orqanlarının hadisə yerində olan əməkdaşları məlumatı təsdiq etməyiblər və hadisə ilə bağlı hər hansı şərh verməkdən də imtina ediblər./virtualaz.org
7News.Az








