Qaradağ rayonunda dava zamanı 1 nəfər yaralanıb.
7news.Az report.az-a istinadən bildirir ki, hadisə Qobustan qəsəbəsində baş verib.
Təzə Yurd massivi 1 ünvanında 1 nəfər qonşuluğunda yaşayan 2 evin sahibi ilə mübahisə edib.
Nəticədə 2000-ci il təvəllüdlü Zərbəliyev Şamil Kamil oğlu döyülüb.
O, ağır kəllə-beyin travması aldığından 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirir.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib.
7news.Az








