Bakıda adam öldürməkdə təqsirləndirilən Anar Salmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
7News.Az APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib.
Qeyd edək ki, ötən il oktyabrın 29-u saat 23 radələrində Bakı şəhəri Suraxanı rayon sakini 1978-ci il təvəllüdlü Zakir Hüseynovun öldürülməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla məlum olub ki, zərərçəkənin qonşusu 1993-cü il təvəllüdlü Anar Salmanovun, yaşadığı evin yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Zakir Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
7News.Az








