RU
Bakıda qumarbaz öldürüldü
10:36
1210

Bakıda qumarbaz öldürüldü

Polis maştağalı qatili axtarır.

Bakıda qətl törədilib.

Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü İlham Tahir oğlu Ağayev bıçaqlanaraq öldürülüb.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxsin Maştağa sakini Şəhriyar Abbasquliyev olduğu müəyyən edilib. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

APA-nın əldə etdiyi məlumata görə, qətlə yetirilən İ.Ağayev qumarbaz olub./apa.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ