Cinayət işi açılıb.
Bakıda dəhşətli yol qəzası baş verib.
7News.Az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində Binəqədi-Mehdiabad yolunda “90 SC 886” nömrə nişanlı “Range Rover” ilə “90 MU 825” dövlət qeydiyyat nişanlı “VAZ 21 015” toqquşub.
Nəticədə avtomobillərdə olan şəxslərdən 2 nəfər hadisə yerində keçinib. Daha iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.








