RU
Bakıda relslərin üzərində oynayan uşağı qatar vurub
13:10
327

Bakıda relslərin üzərində oynayan uşağı qatar vurub

Bakının Nərimanov rayonu ərazisində uşağı elektrovoz vurub.

7news.Az report.az-a istinadən bildirir ki, hadisə 2011-ci il təvəllüdlü Qasımov Yusif Nazim oğlu Keşlə qəsəbəsindən keçən dəmiryol relslərinin üzərində oynayarkən baş verib.

Nəticədə uşaq ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

 

Fakt hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən araşdırılır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ