RU
Bakıda rəqqasə qaydaları pozub yol polisinə atmaca atdı - VİDEO
17:29
1208

Bakıda rəqqasə qaydaları pozub yol polisinə atmaca atdı - VİDEO

Körpə uşağı qucağında tutub maşın sürən Sabina uşağın anadangəlmə sürücü olduğunu deyir.

Bakılı rəqqasə yol hərəkəti qaydalarını kobud şəkildə pozur. O, bunu əks etdirən videoları öz səhifəsndə yayaraq hətta özünə haqq qazandırır.

7news.Az-ın məlumatına görə, Sabina adlı rəqqasə sükan arxasında özü və ətrafdakılar üçün təhlükəli hərəkətləri ilə diqqəti cəlb edir. O, avtomobil idarə edərkən mahnı oxuyur və bu zaman diqqəti yolda yox, yanında əyləşib onun videosunu çəkən şəxsdə olur. Elə həmin görüntülərə şərh yazanlar da xanım sürücüyə tövsiyyə edirlər ki, hərdən yola da baxsın. 
Bundan əlavə, təqdim olunan videoda xanım sürücünün azyaşlı uşağını qucağına alaraq şəhərin mərkəzində avtomobil idarə etdiyi də əksini tapır. Hansı ki, onun paylaşdığı fotoların birində uşaqlar üçün nəzərdə tutulan xüsusi oturacaqdan istifadə etdiyi də əksini tapır. Bu, yaxşı hal olsa da, xanım sürücü əksər hallarda uşağı ya qucağında saxlayır, ya da qabaq oturacaqda oturtmaqla qayda pozur.

Rəqqasə Sabinə sükan arxasında təhlükəsizlik kəmərindən ümumiyyətlə istifadə etmir./avtosfer.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ