RU
Bakıda restoranda silahlı insident - Ölən və yaralanan var
10:00
365

Bakıda restoranda silahlı insident - Ölən və yaralanan var

Bakının Sabunçu rayonunda silahlı insident baş verib.

7news.Az "Report”a istinadən xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub.

Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ