RU
Bakıda Rusiya səfirliyinə məxsus avtomobil piyadanı vurdu - VİDEO
10:12
224

Bakıda Rusiya səfirliyinə məxsus avtomobil piyadanı vurdu - VİDEO

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Hyundai” markalı avtomobilin sürücüsü orta yaşlı qadın piyadalar üçün müəyyən edilmiş hissədən keçərkən onu vurub.

Qadın ağır xəsarət alıb. Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Polisin APA-ya verdiyi məlumata görə, hadisəni törədən sürücü Rusiya səfirliyinin əməkdaşıdır. O, sükan arxasında sərxoş vəziyyətdə olub. Buna görə də sürücü sərxoşluğun müayinəsi məntəqəsinə aparılıb./apa

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ