RU
Bakıda şadlıq evində keçirilən toyda
15:57
1160

Bakıda şadlıq evində keçirilən toyda

Bakıda şadlıq evlərindən birində keçirilən toy mərasimində dava-dalaş olub.

N.Tusi küçəsində yerləşən “Movida Plaza” şadlıq sarayında baş tutan məclis zamanı 1954-cü il təvəllüdlü Məmmədov Cavanşir İrşad oğlu xuliqanlıq zəminində döyülüb. Hadisəni törətmiş 1979-cu il təvəllüdlü Həsənov Cabir Həsən oğlu polis tərəfindən saxlanılıb. C.Həsənov izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Faktla bağlı 35-ci Polis Bölməsində araşdırma aparılır./lent.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ