Bakıda şadlıq şaraylarından birində ölüm hadisəsi baş verib. Hadisə “Ərzurum ” şadlıq sarayında qeydə alınıb.
Şadlıq sarayından verilən məlumata görə, Yevlax rayon sakini, 1958-ci il təvəllüdlü Əkbər Mustafa oğlu Hüseynov toyda rəqs edərkən qəfildən dünyasını dəyişib.
“Restoranda toy təzə başlamışdı. Əkbər Hüsüynova söz verdilər. O çıxış etdi və çıxışdan sonra rəqs edərkən qəfidən halı pisləşdi və dünyasını dəyişdi.”- deyə sarayın inzibatçısı bildirdi.
Mərhumun qohumlarından biri isə açıqlamasında Ə. Hüseynovun ürək xəstəliklərindən əziyyət çəkdiyini, həkimlərinin ona rəqs eləməyi qəti qadağan etdiyini bildirdi.
Adı çəkilən şəxs Yevlaxdan Bakıya məclisdə iştirak üçün gəlibmiş.
Faktla bağlı araşdırmalar aparılır.
Oxşar hadisə bir neçə gün əvvəl Astara rayonunda da baş verib.
Rayonun Şahağacı kənd sakini hazırda Rusiya Federasiyasının vətəndaşı olan 1976-cı il təvəllüdlü Samid Tofiq oğlu Məmmədovun yaxınlarının toy məclisində rəqs edərkən qəfildən halı pisləşib və dünyasını dəyişib.
Rusiyada ağır böyrək əməliyyatı və iki dəfə infarkt keçirən mərhumun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir. /anspress
7News.Az








