Bakıda bıçaqlanma hadisəsi baş verib.
Xətai rayonu Məhəmməd Hadi küçəsi 152 ünvanında yerləşən "Təbrik" şadlıq sarayında ofisiant işləyən 1996-cı il təvəllüdlü Seyidzadə Elşən Coşqun oğlu müştəri, 1981-ci ildə anadan olmuş Muradov Rəcəb Baba oğlunu bıçaqlayıb.
R.Muradov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Onun vəziyyətinin orta-ağöır olduğu bildirilir.
E.Seyidzadə isə polis tərəfindən saxlanılıb.
Faktla126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb./publika
7News.Az








