RU
Bakıda saxta əskinaz satanlar tutuldu
13:20
1449

Bakıda saxta əskinaz satanlar tutuldu

Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bakıda saxta əskinazlar satan şəxslər tutulub.

7News.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayon sakiniPərvin Yusifov 57 ədəd 100 manatlıq, 146 ədəd 50 manatlıq (13 000 manat) saxta əskinazları paytaxtın Nizami rayonu ərazisində 2 300 ABŞ dollarına satarkən tutulub.

Saxta pulları satış məqsədilə P.Yusifovla birgə hazırlamış Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Quliyev də müəyyən edilərək tutulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ