RU
Bakıda səfir köməkçisi qəza törətdi
19:21
493

Bakıda səfir köməkçisi qəza törətdi

Bakıda Hindistan səfirinin köməkçisi qəzaya düşüb

7news.az musavat.com-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində baş verib.

A.Səhhət küçəsində Bakı sakini, 1975-ci il təvəllüdlü Rüstəm Rüstəmovun idarə etdiyi "Toyota-Camry" markalı 90-RR-775 dövlət nömrə nişanlı avtomobillə, Hindistan vətəndaşı, həmin ölkənin Azərbaycandakı səfirinin köməkçisi 1971-ci il təvəllüdlü Kumar Şarma Pramudun idarə etdiyi "Hyundai Accent" markalı maşın toqquşub.

Maşınlara ciddi ziyan dəysə də sürücülər yüngül bədən xəsarətləri alıb. Hər iki sürücü xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzaya səbəb səfir köməkçisinin yol hərəkəti qaydasını kobud pozması olub.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ