RU
Bakıda sərnişin, avtobus sürücüsünü döydü
00:06
1458

Bakıda sərnişin, avtobus sürücüsünü döydü

Bir vaxtlar danayacaqdankənar avtomobil saxladığı üçün qınanan avtobus sürücüləri indi əksreaksiya ilə üzləşib. Bu gün səhər Bakıda bir avtobus sürücüsünün döyülməsinə məhz dayanacaqdan kənarda saxlamaması səbəb olub. Sərnişinin döydüyü sürücü kəllə beyin travması alıb.

Bakıda sərnişin, avtobus sürücüsünü döyüb. Hadisə səhər Əhməd Rəcəbli küçəsində, 33 saylı xətdə hərəkət edən avtobusda baş verib. Bir sərnişin sürücü Kamil İbrahimova hücum edib. Döyülən sürücünün qardaşı Ramil İbrahimov deyir ki, hadisəyə səbəb sürücünün dayanacaqdan kənarda saxlamaması olub.

Döyülən sürücünü sərnişinin əlindən ətrafda olanlar alıb. Alqan içində olan Kamil İbrahimovu digər sürücü yoldaşları 1 saylı şəhər kliniki tibbi mərkəzə aparıblar, sərnişin isə hadisə yerindən qaçıb. Kəllə-beyin travması alan sürücü Kamil İbrahimovun vəziyyəti ağır olduğundan o, əməliyyat ediləcək.

Hadisə ilə bağlı zərərçəkmişin qardaşı polisə məlumat verib. İndi 5-ci polis bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən həmin şəxsi axtarır./xezerxeber

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ