RU
Bakıda sərnişin avtobusu piyadanı vurdu
11:50
345

Bakıda sərnişin avtobusu piyadanı vurdu

Bakıda sərnişin avtobusu piyadanı vuraraq ona ağır xəsarət yetirib.

Hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, 8-ci kilometr qəsəbəsində, bazarın yaxınlığında yolu keçmək istəyən 1973-cü il təvəllüdlü Babayeva Təranə Mənsur qızını 64 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub. Qadın xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən avtobus sürücüsünü saxlayıb./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ