RU
Bakıda sərnişin avtobusu piyadanı vurub öldürdü - FOTO
14:21
222

Bakıda sərnişin avtobusu piyadanı vurub öldürdü - FOTO

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb.

Bakı Nəqliyyat Agentliyindən "Qafqazinfo”ya verilən məlumata görə, fevralın 8-i saat 07:15 radələrində "Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 132 nömrəli müntəzəm marşrut üzrə 10 TF 992 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

"Əhmədli” metro stansiyasından Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olarkən avtobusun qarşısına çıxan piyada vurulub.

 

Hadisə ilə əlaqədar "Kral-Transport” MMC-nin direktoru Sərvər Əliyev agentliyə çağırılıb.

Qəza nəticəsində vəfat edən piyadanın təxminən 50 yaşlarında qadın olduğu bildirilir.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ