RU
Bakıda sərnişin avtobusu qəzaya uğradı — 6 yaralı
20:41
550

Bakıda sərnişin avtobusu qəzaya uğradı — 6 yaralı

Bu gün Bakının Xəzər rayonunda ağır avtobus qəzası baş verib.

Hadisə saat 18:19-da Bakı-Zabrat yolunda qeydə alınıb. Yolda hərəkətdə olarkən 185 saylı avtobus ilə 2 minik maşını toqquşub.

Qəza zamanı 6 nəfər yaralanıb. Yaralılar xəstəxanalara aparılıblar. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə, qəzaya yolun sürüşkən olması səbəb olub. Lakin hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Qəzanın səbəbləri araşdırılır. Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ