Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb.
Hadisə Suraxanı rayonu, Hövsan qəsbəsində qeydə alınıb.
Belə ki, 132 saylı marşut xətti üzrə Əhmədli qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətində hərəkət edən "Daewoo” markalı avtobus Hövsan Olimpiya İdman Kompleksinin qarşısında yolu keçmək istəyən piyadanı vurub. Avtobusunun vuraraq öldürdüyü piyadanın şəxsiyyəti müəyyənləşdirilib.
Bu, Yevlax rayon sakini 1955-ci il təvəllüdlü Fərəcov Eldar Abış oğludur. Belə ki, E.Fərəcov işdən evə qayıdarkən yolu keçmək istəyib. Bu zaman onu avtobus vurub.
E.Fərəcov 2001-ci ildən "Qoroskop” qəzetində satış müdiri vəzifəsində çalışıb.
"Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli "Report”a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, E.Fərəcov 2001-ci ilə qədər "Ədalət” qəzetinin satış müdiri olub.
Avtobusun sürücüsü Məhərrəm Paşayev saxlanılıb, araşdırmalar davam etdirilir.//report
7News.az









