RU
Bakıda sevdiyi qıza etdiyi jestə görə döyülən gəncin sürprizinin görüntüsü - VİDEO
11:50
226

Bakıda sevdiyi qıza etdiyi jestə görə döyülən gəncin sürprizinin görüntüsü - VİDEO

Avqustun 25-də gecə saat 1 radələrində Binəqədi rayonunun A.Məmmədov küçəsində bir nəfər pirotexniki vasitə partladaraq sakinləri narahat edib.

7News.Az BAKU.WS-yə istinadla xəbər verir ki, sözügedən hadisənin qısa görüntüsü sosial şəbəkələrdə yayılıb. Çox səs-küy yarandığına görə narahat olan bina sakinləri ilə gənc arasında mübahisə olub. Sonradan mübahisə davaya çevrilib.  

Verilən məlumata görə, həmin şəxs ərazidə xidmət aparan 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini E.İsmayıllı olduğu müəyyən edilib.

E.İsmayıllı barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib.
ilib.





BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ