RU
Bakıda sevgilisini qətlə yetirən şəxs yenidən HAKİM QARŞISINDA
17:20
844

Bakıda sevgilisini qətlə yetirən şəxs yenidən HAKİM QARŞISINDA

Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadını qətlə yetirməkdə təqsirli bilinən Sərxan Məmmədov məhkəməyə apelyasiya şikayəti verib.

"Ölkə.Az" xəbər verir ki, onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılacaq.

İş üzrə məhkəmə hazırlıq iclası oktyabrın 27-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən il noyabrın 28-i saat 23 radələrində Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində baş verib.

1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu "Bilyard” çay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu 1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqanclıq zəminində 5 bıçaq zərbəsi vurub.

P.İsmayılova aldığı bıçaq zərbələri nəticəsində ölüb.

Sərxan Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ