Bakıda silahlı insident olub, 3 nəfər yaralanıb.
Bu barədə 7News.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat təsdiqlənib
Bildirilib ki, hadisə paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.
Hadisə yerinə əməliyyat qrupu cəlb edilib.
"Hazırda faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək", - DİN-dən bildirilib.








