RU
Bakıda silsilə cinayətlər törədən əcnəbi həbs edildi
17:10
260

Bakıda silsilə cinayətlər törədən əcnəbi həbs edildi

Bakının Xətai rayonunda oğurluq olub.

7News.Az xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əcnəbi vətəndaş D.Qoqiçaişvili saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun daha 4 evdən pul və qızıl-zinət əşyaları oğurlaması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ