RU
Bakıda ŞOK OLAY - İçi pul və qızılla dolu seyf oğurlandı
15:20
366

Bakıda ŞOK OLAY - İçi pul və qızılla dolu seyf oğurlandı

Bakıda mənzildən içərisində külli miqdarda pul və qızıl zinət əşyaları olan seyf oğurlanıb.

7News.Az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini mənzilindən içərisində 15.000 manat və 15.000 ABŞ dolları, habelə 40.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin və mobil telefonunun oğurlandığını bildirib.

Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Dəyanət Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar aparılır.
 
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ