RU
Bakıda sudan kütləvi zəhərlənmə
19:33
1111

Bakıda sudan kütləvi zəhərlənmə

Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib.

7news.az  ans press-ə istinadən xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində, Zaur Şərifov 24 ünvanında qeydə alınıb. Belə ki, dünəndən başlayaraq bina sakinləri arasında zəhərlənmə halları müşahidə edilib.

Ümumiikdə 70-ə yaxın adam zəhərlənib ki, onlardan da 20-dən çoxu uşaqdır. Zəhərlənənlərdən bəzilərinin vəziyyətinin orta ağır olduğu bildirilir.

Onların sözlərinə görə, binaya su verilən borular nasaz vəziyyətdədir:

"Çirkab suları zirzəmidəki nasos vasitəsilə yenidən mənzillərə vurulub".

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda xəstəxanada 15-ə yaxın adam var.

Nazirlik onların sudan zəhərləndiyini təsdiqləyib. Xəstələrin həyatları üçün heç bir təhlükə yoxdur.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ