RU
Bakıda supermarket işçiləri tortdan zəhərləndi
13:30
831

Bakıda supermarket işçiləri tortdan zəhərləndi

Bakıda supermarketdə kütləvi zəhərlənmə olub.

Hadisə dünən Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən "Bazarstore” supermarketində baş verib. Mağazanın əməkdaşlarından bir neçəsi zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

İlkin məlumata görə, supermarket əməkdaşları iş yerində yedikləri tortdan zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.

"Bazarstore" supermarketlər şəbəksindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, bir neçə əməkdaş marketdən kənardan alıb gətirdikləri tortdan zəhərləniblər: "Hazırda onların səhhəti normaldır və tibbi müayinədən sonra evə buraxlıblar".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ